Ağstafada yanğın olub.
Bakupost.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində baş verib.
Kənd sakini Sahil İsmayılova məxsus evdə qəfl yanğın qeydə alınıb.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib. Qısa müddət ərzində yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Məlumata görə, evin mətbəxindən başlayan yanğının ətrafa və evin yuxarı mərtəbəsinə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, 6 nəfərlik İsmayılovlar ailəsinin 5 üzvü bir il ərzində ayrı-ayrı ayların 8-i tarixində bədbəxt hadisə nəticəsində ölüb.
Onu da əlavə edək ki, 8 avqust 2024-cü il 2 yaşlı Gülxar İsmayılzadənın ölümü ilə başlayan ailə faciəsi nənə və babanın faciəvi ölümü, daha sonra evin sonuncü körpəsi Nilay İsmayılzadənin ölümü və sonda, 8 iyul 2025-ci il tarixində evin gəlini Şəfayət İsmayılovanın evin ikinci mərtəbəsində pəncərə şüşəsi silərkən nərdivandan yıxılıb ölməsi xəbəri ilə hər kəsi şoka salıb.
Hadisə yerinə polis və rayon prokurorluğunun əməkdaşları da baxış keçirib. Hazırda baş verən yanğının səbəbləri adiyyəti qurumlar tərəfindən araşdırılır.