Ru
00:24 / 24 May 2019

Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində - FOTO

2471
Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki
Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.
 

BakuPost.az-ın məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda
olarkən iftar süfrəsinə dəvət edilib.
  İftar
mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa
görə təşəkkürlərini bildiriblər. Onlar Prezident İlham Əliyevin və Birinci
xanım Mehriban Əliyevanın ölkəmizim inkişafı istiqamətində gördükləri işləri
yüksək qiymətləndirdilər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə
əminliklərini ifadə ediblər.   Birinci
vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən şad
olduğunu bildirib, müqəddəs Ramazan ayında onların dualarının qəbul olunmasını
və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzulayıb.   İftar
mərasimində "Qurani-Kərim”dən ayələr və iftar duası oxunub.  
Müqəddəs
kitabımız olan "Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanların qəlbini
nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək
aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının
fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi
də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din
arasında sıx birliyin bariz nümunəsidir. Ramazanın önəmli mərasimlərdən biri
olan iftar süfrələrinin mənası, sadəcə, ehtiyacı olanlara yemək vermək deyil,
paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox
möhkəm milli dəyərlər üzərində qurulub. İslam dəyərləri isə milli
dəyərlərimizin ayrılmaz tərkib hissəsidir.

 

Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində -  FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində -  FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində -  FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində -  FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər