Ru
08:53 / 06 Sentyabr 2025

"Böyükhesablı məğlubiyyətə görə çox utanırıq"- Azərbaycan millisinin kapitanı

"Böyükhesablı məğlubiyyətə görə çox utanırıq"- Azərbaycan millisinin kapitanı
Eye

Futbol üzrə Azərbaycan yığmasının üzvləri böyükhesablı məğlubiyyətə görə utanc hissi keçirirlər.

Bakupost.az report.az-a istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov deyib.

O, DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:

"Belə nəticəyə görə çox utanırıq. Bu hesabla uduzmamalı idik. Hesabın bu qədər böyük olacağını düşünməmişdik. Azarkeşlərdən üzr istəyirəm. Onlar elə bilməsinlər ki, bu cür məğlubiyyətlərdən sonra biz sevinirik".

Qeyd edək ki, İslandiya - Azərbaycan görüşü meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar