Ru
08:25 / 06 Sentyabr 2025

Şəmkirdə qayınata ilə kürəkəni arasında BIÇAQLAŞMA - Ölən var

Şəmkirdə qayınata ilə kürəkəni arasında BIÇAQLAŞMA  - Ölən var
Eye

Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.

Bakupost.az xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb.

Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib.

Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar