"Azərbaycan millisinin baş məşqçisi istefa verməsə, AFFA tədbir görəcək".
Bakupost.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev jurnalistlərə açıqlamasında deyib.
O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İslandiya - Azərbaycan oyununa münasibət bildirib:
"Bu nəticə millinin baş məşqçisi Fernandu Santuşun Azərbaycan xalqına qarşı hörmətsizliyidir. Belə məğlubiyyət yolverilməzdir. Biz bu məğlubiyyətin izahını gözləyirik. Santuş komandanı oyuna hazırlaya bilməyib".
Qeyd edək ki, İslandiya yığması Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib.