BTC kəməri təhdid altında: İran nə etməyə çalışır? - VİDEO
607
Son günlər Yaxın Şərqdəki gərginlik Azərbaycanla bağlı yeni riskləri gündəmə gətirib. Xüsusilə, İranın Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinə zərbə endirə biləcəyi barədə iddialar yayılıb. SEPAH-a bağlı şəxslərin açıqlamalarına görə, BTC kəməri hədəfə alınan obyektlərdən biri ola bilər, çünki İsrail bu kəmərdən xam neft alır.
BTC kəməri yalnız regional deyil, qlobal enerji tədarükü üçün də strateji əhəmiyyətə malikdir.
İranın bu iddiaları real təhlükədir, yoxsa siyasi təhdiddir? BTC kəmərinə hücum baş verərsə regionda müharibənin gedişatına və qlobal enerji tədarükünə necə təsir edər?Belə bir vəziyyət Azərbaycan üçün hansı iqtisadi və strateji nəticələr doğura bilər?
BakuPost TV-nin suallarını REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli cavablandırıb: