Ru
10:55 / 22 Noyabr 2025

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki…” – Yanğında ölən qadınla bağlı paylaşım

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki…” – Yanğında ölən qadınla bağlı paylaşım
Eye

“Könül xanımla bu gün (dünən – red.) tanış olduq, görüşdük. O qədər mehriban, gözəl bir insan obrazı yaratmışdı ki...”

Bakupost.az xəbər verir ki, bu sözləri Azərbaycanda təhsil xidmətləri göstərən şirkətin rəhbəri Miryusif Cavadzadə ötən gün Yasamaldakı yanğında faciəvi şəkildə həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli ilə bağlı paylaşımında bildirib.

“Birlikdə işlər görəcəkdik. Nevzat hocaya salamlarımı çatdıracaqdı. Bir neçə saat sonra xəbər gəldi ki, rəhmətə gedib. Həyat, doğrudan da, bir anlıqdır…”, - M.Cavadzadə əlavə edib.

Qeyd edək ki, Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər həyatını itirib, 20-dən çox şəxs tüstüdən zəhərlənib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar