Ru
15:12 / 09 Fevral 2026

Bu idarələr ləğv edildi

Bu idarələr ləğv edildi
Eye

Azərbaycanda meliorasiya sahəsində fəaliyyət göstərən daha bir neçə idarə ləğv olunduğunu elan edib.


Bakupost.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bunlar Salyan Melioservis İdarəsi, Qazax Melioservis İdarəsi və Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsidir.

Qeyd edək ki, Salyan Melioservis İdarəsi 2000-ci ildə yaradılıb, rəisi Azər Nəcəfovdur. İdarənin hazırda dövlətə 192418.79 manat borcu vardır. Qazax Melioservis İdarəsi 1995-ci ildə yaradılıb, rəisi Fərman Nağdalıyevdir.

Xatırladaq ki, daha əvvəl isə Neftçala Melioservis İdarəsi, Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi, Ucar Melioservis İdarəsi, Yevlax Melioservis İdarəsi və Bərdə Melioservis İdarəsi ləğv olunduğunu elan edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar