Ru
20:57 / 02 Dekabr 2019

"Bu il Azərbaycanla BƏƏ arasında ticarət dövriyyəsi 26% artıb" - Mikayıl Cabbarov

1910
"Bu günə qədər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycana 2,2 mlrd. ABŞ dolları investisiya qoyub. Azərbaycan isə bu ölkəyə 347 mln. dollar sərmayə yatırıb".

BakuPost-un "Report"a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin yaranmasının 48-ci ildönümü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.

Onun sözlərinə görə, bu il iki ölkə arasında ticarət dövriyyəsi 26% artıb: "2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 38% artaraq 54,4 mln. dollar, bu ilin ilk 10 ayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artaraq 57 mln. dollara çatıb".

Nazir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyinə görə BƏƏ-yə minnətdarlığını bildirib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər