Ru
15:41 / 30 Oktyabr 2025

Bu məmur vəzifədən azad oluna bilər - Eldar Əzizov tapşırıq verdi

Bu məmur vəzifədən azad oluna bilər - Eldar Əzizov tapşırıq verdi
Eye

Bu gün Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Bakupost.az xəbər verir ki, Teleqraf-ın məlumatına görə, Bakı meri Eldar Əzizovun rəhbərliyi ilə keçirilən müşavirədə müzakirə zamanı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin işinə xüsusi diqqət yetirilib.

Trestin rəhbərliyi daxili audit zamanı aşkar edilmiş nöqsanlara görə ciddi tənqid edilib. Bununla əlaqədar Bakı Şəhər Mənzil və Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyinə trestin rəhbərinin vəzifədə saxlanılmasının mümkünlüyünü nəzərdən keçirmək tapşırılıb.

Qeyd edək ki, Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəhbəri Fəqan Məlikovdur. Departamentin sədri isə Rəfail Mehralıyevdir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar