Azərbaycanda bağçaların birində azyaşlıya qarşı şiddəti əks etdirən görüntülər yayılıb.
Bakupost.az xəbər verir ki, bu barədə 247press.news məlumat yayıb.
Görüntülərin Tovuz rayonunun Qovlar şəhərində yerləşən 2 nömrəli körpələr evi uşaq bağçasında qeydə alındığı iddia olunub.
Məsələ barəsində DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, görüntülərlə bağlı Tovuz RPŞ-də araşdırma aparılır.