Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması haqqında qanunları imzalayıb.
Bakupost.az xəbər verir ki, müvafiq məlumat Ukrayna parlamentinin teleqram kanalında dərc olunub.
“Volodimir Zelenski 2025-ci il noyabrın 5-dən hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanunları imzalayıb”, - məlumatda deyilir.