Ru
20:38 / 30 Oktyabr 2025

Beyləqanda "Mersedes" və "KİA" toqquşdu: yaralılar var

Beyləqanda "Mersedes" və "KİA" toqquşdu: yaralılar var
Eye

Beyləqanda iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, yol nəqliyyat hadisəsi rayonun Daşburun qəsəbəsi ərazisində baş verib.

Hərəkətdə olan "Mersedes" markalı avtomobil qarşıdan gələn "KİA" markalı avtomobil ilə toqquşub. Nəticədə avtomobildə olan 4 nəfər 1961-ci il təvəllüdlü Nuriyev Tahir İsmayıl oğlu, 1997-ci il təvəllüdlü İbrahimov Raliz Yusif oğlu, 1997-ci il təvəllüdlü Məmmədov Bəhlul Qüdrət oğlu və 1980-ci il təvəllüdlü Qasımov Rəşad Zahid oğlu müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

TƏBİB-dən bildirilib ki, xəsarət alanlardan ikisi zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar. Digər xəsarət alan şəxslərin müalicəsi isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar