Ru
22:40 / 30 Oktyabr 2025

Qüdsdə 200 min yəhudi nümayişə qalxdı

Qüdsdə 200 min yəhudi nümayişə qalxdı
Eye

On minlərlə ultra-ortodoks yəhudi məcburi hərbi çağırışa etiraz etmək üçün Qüds küçələrinə axışıb.

Bakupost.az xəbər verir ki, mitinqə təxminən 200 min iştirakçı qatılıb.

"Milyonların yürüşü" adlandırılan nümayişdə hökumətdən ortodokslar, xüsusən də hazırda hərbi xidmətdən azad olan dini məktəblərdə oxuyan tələbələr üçün məcburi hərbi xidmətin tətbiqi ideyasından imtina etməsi tələb olunur.

Etirazçılarla polis, jurnalistlər və digər şəxslər arasında qarşıdurma yaşanıb.

Bir neçə yerdə nümayişçilər kütləvi şəkildə binaların damlarına, yaxınlıqdakı tikinti kranına dırmaşıblar. Nəticədə 15 yaşlı fəal böyük hündürlükdən yıxılaraq ölüb.

Bundan sonra nümayiş tədricən başa çatıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar