Ru
21:20 / 30 Oktyabr 2025

Ərdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra qardaş, dost və müttəfiq ölkələrə təşəkkürünü bildirib.

Bakupost.az xəbər verir ki, Türkiyə prezidenti müvafiq məlumatı "X" sosial şəbəkə hesabında paylaşıb.

"Kipr türk xalqına, dünyanın dörd bir yanındakı türk diasporu nümayəndələrinə, könül coğrafiyamızdakı qardaşlarımıza, bütün dost və müttəfiqlərimizə salamlarımı, sevgilərimi göndərirəm" , - deyə paylaşımda bildirilir.

O, paylaşımında təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını yerləşdirib.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar