Ru
23:59 / 30 Oktyabr 2025

İstanbulda vəkilin qətlini sifariş verməkdə şübhəli bilinən azərbaycanlı Moskvada saxlanıldı

İstanbulda vəkilin qətlini sifariş verməkdə şübhəli bilinən azərbaycanlı Moskvada saxlanıldı
Eye

İstanbulda sui-qəsd nəticəsində öldürülən vəkil Serdar Öktemin qətlini sifariş verməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.

Bakupost.az Oxu.Az-a istinadən xəbər verir ki, saxlanılan "Alican Çakır" ləqəbli Əli Gülmalızadədir.

Türkiyə mətbuatı onun Azərbaycan vətəndaşı olduğunu qeyd edir. Onun oktyabrın 23-də keçirilmiş xüsusi əməliyyat zamanı Rusiya paytaxtında saxlanıldığı bildirilir.

Gülmalızadənin Türkiyəyə ekstradisiyası üçün müvafiq prosedura başlanılıb.

Xatırladaq ki, Öktem oktyabrın 6-da İstanbulun Şişli rayonunda avtomobilində silahlı hücuma məruz qalıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar