Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Müəyyən olunub ki, “Shaolin SLG 6602” markalı mikroavtobusun yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtomobildə sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü sürücü Famil Namiq oğlu Məmmədov xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.