Ru
19:16 / 30 Oktyabr 2025

HƏMAS bu gün iki israilli əsirin meyitini təhvil verəcək

HƏMAS bu gün iki israilli əsirin meyitini təhvil verəcək
Eye

HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" yaxın saatlarda iki əsirin meyitini İsrailə təhvil verəcəyini bəyan edib.

Bakupost.az xəbər verir ki, bu barədə "Al-Arabiya" qruplaşmanın bəyanatına istinadən bildirib.

Meyitlərin təhvil verilməsi bu gün Qəzza vaxtı ilə saat 16:00-da (Qrinviç vaxtı ilə 14:00) baş tutacaq.

İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin meyitləri təhvil almaq üçün artıq yola düşdüyünü təsdiq edib.

Meyitlərin təhvil verilməsi oktyabrın 10-da Qəzza zolağında qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinin bir hissəsidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar