Ru
10:28 / 29 May 2026

Bu ölkədə yeni hərbi qərar – 45 yaşdan yuxarı şəxslər təlimə çağırılır

Bu ölkədə yeni hərbi qərar – 45 yaşdan yuxarı şəxslər təlimə çağırılır
Eye

Almaniyada ehtiyat qüvvələrin gücləndirilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanır.


Bakupost.az xəbər verir ki, layihəyə əsasən, orduda bir ildən az xidmət keçmiş və 45 yaşına çatmış kişi və qadınlar mütəmadi hərbi təlimlərə cəlb olunacaqlar.


Məlumata görə, təlimlərin hər il iki həftə və ya iki ildən bir keçirilməsi planlaşdırılır.


Sənəddə həmçinin qeyd olunur ki, bir ildən çox xidmət etmiş və ya peşəkar hərbçi kimi fəaliyyət göstərmiş şəxslər 65 yaşınadək ehtiyat xidmətdə qalacaqlar.


Almaniya hakimiyyəti bu addımı ehtiyat qüvvələrin əlçatanlığının təmin edilməsi və milli təhlükəsizliyin gücləndirilməsi ilə izah edir.


Bundestaqın müdafiə komitəsinin üzvü Bastian Ernst isə daha əvvəl ehtiyatda olan hərbçilər üçün yaş həddinin 70-ə qədər artırılmasını təklif etmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar