Prezident İlham Əliyevin Sərəncamına əsasən, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.
Bakupost.az xəbər verir ki, sərəncama münasibət bildirən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli təhsilin bütün səviyyələri və pillələrində tələbələrin təqaüdlərinin artırıldığını bildirirb.
"Bundan sonra tələbələrimiz daha yaxşı məbləğdə təqaüd alacaqlar", - o qeyd edib.
Nazirin müşaviri bildirib ki, təqaüdlər sonuncu dəfə 2023-cü ildə artırılıb: “Bu tədris ilindən təqaüdlər yenidən artırılır. Xüsusilə, daha yaxşı akademik göstəricisi olan tələbələrimiz daha yüksək təqaüd ala biləcək. Bu da tələbələrimizin daha yaxşı təhsil almalarına şərait yaradacaq, təhsil imkanlarına müsbət təsir edəcək".
N.Məmmədli əlavə edib ki, akademik göstəricisindən asılı olaraq, ödənişli təhsil alan tələbələr də təqaüd alacaqlar.