Ru
18:49 / 01 İyun 2017

Bulvarda intihar

Bulvarda intihar
Eye

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr solda nəzarətsiz ərazidə) 1 nəfərin intihar məqsədiylə özünü dənizə atması barədə məlumat daxil olub.

 

BakuPost.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədi batdığı yerdən "Bakı Mərkəz” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 17:03-də başa çatıb.

 

BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar