Ru
18:26 / 20 Mart 2026

Çak Norris vəfat etdi

Çak Norris vəfat etdi
Eye

Əfsanəvi aktyor, döyüş sənətləri ustası və dünyanın mədəniyyət ikonu Çak Norris bu gün (martın 20də) 86 yaşında dünyasını dəyişib. Bu barədə onun ailəsi rəsmi olaraq bəyanat yayıb.

Bakupost.az “Associated Press”ə istinadən xəbər verir ki, ailəsi tərəfindən verilən məlumata görə, kino ulduzu bu gün sakit şəkildə və yaxınlarının əhatəsində dünyasını dəyişib.

Çak Norris təkcə kino ulduzu deyil, həm də ümumbəşəri pop mədəniyyət fenomeninə çevrilmişdi.

Çak Norris (Karlos Ray Norris) 1940 cı ildə Oklahoma ştatında anadan olub və döyüş sənətləri üzrə altı dəfə Dünya Peşəkar Karate çempionu kimi tarixə düşüb. Uşaqlıqdan idmana maraq göstərən Norris əvvəlcə ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib, sonra döyüş sənətləri üzrə məşqçi kimi fəaliyyətini davam etdirib.

O, Hollivudda 1970-80-ci illərin məşhur “Əjdahanın yolu” (“The Way of the Dragon”) filmində Brüs Li ilə birlikdə çəkilməsi ilə geniş şöhrət qazanıb. Daha sonra Norris 1990-cı illərdə televiziya ekranlarının sevilən serialı “Texaslı reyncer Volker”dəki (“Walker, Texas Ranger”) baş rolu ilə dünya şöhrəti qazanıb.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar