“Qarabağ” Misli Premyer Liqasının 25-ci turunda səfərdə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyunda penalti epizodu yarandığı bildirilsə də, hakimlər bu qənaətdə olmayıblar.
Məsələ ilə bağlı “ağdamlılar”ın baş məşqçisi Qurban Qurbanov da keçirdiyi brifinqdə narazılığını dilə gətirib.
“Mən narazılıq edəndə söhbət çox böyüyür. VAR-da, deyəsən, Rauf Cabbarov idi. Meydandakı hakim görmədi, Rauf da üç dəfə baxdı, görmədi.
Epizoda baxdım. Penalti olduğunu düşünürəm. Kamilodan da soruşdum, dedi ki, ayağıma dəymişdi. Əgər orada penalti yoxdursa, heç nə. Görək, nə deyəcəklər. Rauf Cabbarov da sağ olsun”.
Vurğulanıb ki, hakim Rəhim Həsənov da VAR-ın qərarını təsdiqləyəcək.
“Ona görə də çox da üzərinə getmək lazım deyil”, - təcrübəli mütəxəssis bildirib.
Qeyd edək ki, bu epizod sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox futbol azarkeşi həmin epizodda penalti veriləli olduğunu bildiriblər.
Həmin epizodun görüntülərini təqdim edirik: