Ru
18:38 / 20 Mart 2026

Azərbaycan bankından 400 min manat oğurlayan Rusiya vətəndaşı həbs edildi

Azərbaycan bankından 400 min manat oğurlayan Rusiya vətəndaşı həbs edildi
Eye

Rusiya vətəndaşı Azərbaycanda kibercinayətkarlıq ittihamı ilə həbs edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vaysero Aleksandr Vladimiroviç banklardan birindən cinayət yolu ilə 400 min manatdan çox vəsait əldə etməkdə ittiham olunur.

O, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Toplanmış sübutlar əsasında Vaysero Aleksandr Vladimiroviçə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) ilə yekun ittiham irəli sürülüb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar