Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin sosial şəbəkələrdə intim görüntülərinin yayılması ilə bağlı cinayət işi başlanılıb.
Bakupost.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, videoda olan şəxs müəyyən olunub:
“Görüntülərlə bağlı Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hazırda istintaq getdiyi üçün əlavə məlumat verilmir. İstintaq başa çatandan sonra nəticələr haqda məlumat veriləcək".