Ru
18:56 / 06 Noyabr 2025

Çex hökuməti istefaya getdi

Çex hökuməti istefaya getdi
Eye

Çexiyada Baş nazir Petr Fialanın hökuməti istefa verib.

Bakupost.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin rəhbəri məlumat yayıb.

Siyasətçinin sözlərinə görə, o bu gün istefa ərizəsini Çexiya prezidenti Petr Pavelə təqdim edəcək.

Çexiya Konstitusiyasına əsasən, oktyabrın 3 və 4-də keçirilmiş seçkilərdən sonra ölkə parlamentinin Deputatlar Palatasının (aşağı palata) ilk iclasının yekunlaşmasından sonra hökumət istefa verib.
Prezidentin hökumətə yeni kabinet təyin olunana qədər vəzifəsini icra etməyi tapşıracağı gözlənilir.
Yeni hökumət gələn ayın ortalarından gec olmayaraq fəaliyyətə başlayacaq.
Qeyd edək ki, noyabrın 3-də oktyabrın əvvəlində keçirilən parlament seçkilərində səslərin əksəriyyətini qazanan Çexiyanın ANO, SPD və “Motorist” partiyaları hökumət koalisiyası yaradıblar.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar