Ru
18:39 / 06 Noyabr 2025

Ukraynalı siyasətçi: Bu bölgəni itirsək, cəbhə dağılacaq

Ukraynalı siyasətçi: Bu bölgəni itirsək, cəbhə dağılacaq
Eye

Donetsk vilayətinin Pokrovsk şəhərindəki vəziyyət Ukrayna üçün fəlakətə çevrilib və cəbhənin dağılmasına gətirib çıxaracaq”.


Bakupost.az xəbər verir ki, bunu Ukrayna parlamentinin keçmiş deputatı Artyom Dmitruk deyib.

“Bu gün Pokrovsk ətrafında baş verənləri görürük. Bu, faciədir. Fəlakətdir”, - o qeyd edib.

Dmitrukun sözlərinə görə, Pokrovskda məğlubiyyət Ukrayna Silahlı Qüvvələrinin cəbhədə geriləməsinin başlanğıcı olacaq.

O əlavə edib ki, Ukraynanın Pokrovsku itirməsindən sonra cəbhədəki hadisələr daha sürətlə inkişaf edəcək, çünki müasir müharibədə əsas resurs insandır, Ukraynada isə insan resursu baxımından vəziyyət fəlakətlidir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar