Ru
18:21 / 06 Noyabr 2025

Təranə Səmədovanın cəzası azaldıldı

Təranə Səmədovanın cəzası azaldıldı
Eye

Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.

Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən, Tərana Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin olunmayıb.

Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər.

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov 2023-cü ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Səmədova 6 il, R.Həsənov isə 7 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişməyib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar