Ru
23:22 / 03 Sentyabr 2025

"ChatGPT" bu ölkələrdə çökdü

"ChatGPT" bu ölkələrdə çökdü
Eye

"OpenAI" şirkətinin hazırladığı məşhur süni intellekt çatbotu "ChatGPT"nin fəaliyyətində qlobal səviyyədə nasazlıqlar müşahidə olunub.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, nasazlıqlar bir çox ölkələri əhatə edib. Ən çox şikayət Niderland istifadəçiləri tərəfindən qeydə alınıb, 2.700-dən artıq insan platformadan istifadə zamanı problemlərlə üzləşdiyini bildirib.

İstifadəçilərin böyük əksəriyyəti çatbotun cavab verməsində fasilələrin yarandığını qeyd edib. Digər hissəsi saytın yüklənməsində çətinlik yaşadığını, bir qismi isə ümumiyyətlə sistemə daxil ola bilmədiyini vurğulayıb.

Problem təkcə Niderlandla məhdudlaşmayıb. Böyük Britaniya, ABŞ, Almaniya, Yaponiya, İtaliya və başqa ölkələrdə də bənzər şikayətlər qeydə alınıb.

Hazırda problemin səbəbi ilə bağlı rəsmi açıqlama verilməsə də, texniki komandanın məsələni araşdırdığı bildirilir

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar