Ru
16:37 / 07 Avqust 2026

“ChatGPT” istifadəçilərinə şad xəbər

“ChatGPT”  istifadəçilərinə şad xəbər
Eye

“OpenAI” gələn həftədən etibarən “ChatGPT Free “və “Go” hesablarında yalnız mətn əsaslı söhbətlər üçün tətbiq olunan mesaj limitini ləğv edəcək.

“Bakupost” xəbər verir ki, dəyişiklikdən sonra “Free” və “Go” istifadəçiləri mətn üzərindən “ChatGPT” ilə limitsiz söhbət edə biləcəklər.

Bununla belə, fayl və şəkil əlavə edilən sorğular, şəkil yaratma funksiyası və səsli rejim üçün mövcud istifadə limitləri qüvvədə qalacaq.

Şirkət həmçinin “GPT-5.6 Luna” modelini “Free”və “Go” hesabları üçün standart modelə çevirəcəyini açıqlayıb. Yeni model indiyədək standart olan “GPT-5.5 Instant”ı əvəz edəcək.

Bundan əlavə, “ChatGPT”ə “Think” düyməsi əlavə olunacaq. Bu funksiya aktiv edildikdə model cavab hazırlamaq üçün daha çox vaxt sərf edəcək. Mətn əsaslı söhbətlərdə bu imkan da “Free” və “Go” istifadəçiləri üçün limitsiz olacaq.

“OpenAI” eyni zamanda Plus və Pro istifadəçiləri üçün də yeniliklər hazırlayıb. Şirkət “GPT-5.6 Sol” modelini gündəlik istifadə üçün optimallaşdıracaq və istifadəçilərə cavabların hazırlanmasına ayrılan düşünmə vaxtını tənzimləməyə imkan verən yeni sürgü funksiyası təqdim edəcək.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar