Ru
11:55 / 11 Avqust 2025

Daha bir yanğın törədən şəxs saxlanıldı

Daha bir yanğın törədən şəxs saxlanıldı
Eye

Lənkəran rayonunun Göyşaban kəndi ərazisində avqustun 5-də yanğın hadisəsi törədən şəxs müəyyən olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata əsasən, yanğının kənd sakini Elşən Cəfərov tərəfindən məişət tullantıları poliqonunda metal qırıntıları aşkar etmək məqsədilə törədildiyi və odla ehtiyatsız davranması nəticəsində qonşu əraziyə keçdiyi müəyyən edilib. Hadisə nəticəsində 5 hektar ərazidə kol-kos yanıb. E.Cəfərov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar