ABŞ-də dəhşətli hadisə baş verib. Ata oğlunu xilas etmək üçün nəhəng timsahın üzərinə atılıb.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Florida ştatında qeydə alınıb. 11 yaşlı uşaq atası ilə birlikdə tutduğu balığı suya buraxarkən timsahın hücumuna məruz qalıb.
Heyvan onun qolundan tutub. Ata dərhal timsahın üzərinə atılıb və onun çənəsini açmağa çalışıb. Nəticədə uşağı xilas edə bilib. Ancaq azyaşlı ağır xəsarətlər alıb və qolu amputasiya edilib.
Hadisədən sonra timsah zərərsizləşdirilib.
Mütəxəssislər bildirir ki, bu cür hücumlar nadir hallarda baş verir.
Bahar Babaşova,
BakuPost