Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı Sayad Əliyev hüquq-mühafizə orqanlarının ona “artan marağ”ı səbəbindən Rusiyadan qaçmağa hazırlaşır.
Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə mənbələr iddia edir ki, hüquq-mühafizə orqanları Leninqrad vilayətinin Nevskaya Dubrovka kəndində torpaq oğurluğu, həmçinin Əliyevə bağlı şirkətlər tərəfindən büdcə vəsaitlərinin mümkün mənimsənilməsi faktlarını araşdırır. Deputatın özü kəndin faktiki “sahibi” sayılır.
Yerli bələdiyyə şurasına onun 28 yaşlı oğlu Elçin Əliyev rəhbərlik edir. Bu ailənin fəaliyyəti nəticəsində yerli sakinlər Nevskaya Dubrovkanı çoxdan “Əliyevka” adlandırıblar.
"Lisa BASILIO" Telegram kanalının məlumatına görə, Sayad Əliyev vətəndaşı olduğu Azərbaycana qaça bilər. Bundan başqa, parlament üzvünün İsrail vətəndaşı olduğu bildirilir.
Sayad Əliyev əmək fəaliyyətinə "Lendrevprom"da ağac emalı və taxta yığan kimi başlayıb. Daha sonra Xalturin adına Leninqrad 2 saylı ağac emalı zavodunda kommersiya işləri üzrə direktor müavini olub.
1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində o, bir neçə şirkəti idarə edib. 2005-ci ildə Deputatlar Şurasının sədri və Dubrovskoye Şəhər Qəsəbəsinin rəhbəri seçilib. 2011-ci ilin dekabrında Leninqrad vilayətinin Qanunvericilik Məclisinin beşinci çağırışının deputatı oldu. 2016-cı ilin yanvarında o, rəsmi olaraq regional Vodokanalın rəhbəri vəzifəsinə başlayıb.
Həmin il xüsusi təyinatlıların dəstəyi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları onun ofisində axtarış aparıblar. KİV-də yayılan məlumatlara görə, axtarış 2012-ci ildə Kupçinodakı Starıy Qorod restoranının sahibinin oğurlanması və külli miqdarda pul tələb edilməsi ilə bağlıdır.
2015-ci ildə təşkilatçı olduğu iddia edilən Novruz Məmmədov, Elvin Əhmədov, İsrail Abdullayev və digər iki təqsirləndirilən şəxs bu cinayətdə ittiham olunaraq həbs edilib.
Səyyad Əliyev özü də hadisəni “bədxahlarının planlı aksiyası” hesab etdiyini bildirsə də, onların adlarını çəkməkdən imtina edib