ABŞ və Avstraliya nadir torpaq mineralları üzrə 8,5 milyard dollar dəyərində saziş imzalayıb.
Bakupost.az xəbər verir ki, sənədi Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Avstraliya Baş Naziri Entoni Albanese imzalayıblar.
Albanese bildirib ki, növbəti altı ay ərzində ölkələr 1 milyard dollar vəsait ayıracaq və layihələrin icrasına dərhal başlanacaq.
Ağ Evdən verilən açıqlamada qeyd olunub ki, tərəflər növbəti altı ay ərzində minerallar üzrə layihələrə birgə 3 milyard dollardan çox investisiya qoymağı planlaşdırır.
Bundan əlavə, Avstraliya ABŞ-dən 1,2 milyard dollar dəyərində pilotsuz sualtı maşınlar almağa razılıq verib.
Lalə, Bakupost