Türkiyənin Balıkesir vilayətindəki həbsxanaların birindən qaçan məhkum ardıcıl cinayətlər törədib.
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mustafa Emlik adlı məhkum qaçış planını həyata keçirərkən baş çavuş Kamal Əkrini qətlə yetirib.
Daha sonra onun avtomobilini oğurlayıb. Həmin nəqliyyat vasitəsi ilə qaçarkən 6 piyadanı vurub.
Onlardan biri, hadisə yerində keçinib, digər beş nəfər isə yaralanıb.
Onun izinə düşən polislə atışma zamanı 2 polisi də yaraladıqdan sonra həmin şəxs zərərsizləşdirilib.(Lent.az)