İranın ali rəhbərinin müşaviri və Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Şəmxani qızının dəbdəbəli toy mərasimi ilə bağlı yayılan görüntülərə sərt reaksiya verib.
Bakupost.az Globalinfo-ya istinadən xəbər verir ki, SEPAH-ın briqada generalı Əlirza Əfşarın dəfn mərasimində çıxış edən Şəmxani bildirib:
“Son mübahisələrə cavabım əvvəlki məzmunla eynidir. Alçaqlar, mən hələ də sağam”.
Qeyd edək ki, ötən il Tehranın lüks “Espinas Palas” hotelində keçirilən və 1 milyard 500 milyon tümən (təxminən 15 min 755 dollar) dəyərində başa gələn toy mərasimi son günlər yenidən sosial şəbəkələrdə İran elitasının korrupsiya və dəbdəbəli həyat tərzi barədə yeni qalmaqallara səbəb olub.