Ru
00:18 / 21 Oktyabr 2025

Gənc şahmatçı qəfil vəfat etdi

Gənc şahmatçı qəfil vəfat etdi
Eye

Amerikalı qrosmeyster Daniel Naroditski 29 yaşında qəfil vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) mətbuat xidməti məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmır.

Naroditski 2015-ci il dünya çempionatının komanda yarışında ABŞ-ı təmsil edib. O, 2019-cu ildə ölkəsində baş tutan Masters çempionatında birinci yeri tutub. Bundan başqa Daniel Naroditski 2007-ci ildə 12 yaşadək yeniyetmələr arasında dünya çempionu, 2013-cü ildə isə gənclər arasında ABŞ birincisi olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar