Əməkdar artist Aybəniz Haşımova mərhum ustadı, Xalq artisti Şövkət Ələkbərovadan ona yadigar qalan əşyalardan danışıb.
Bakupost.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi bildirib ki, həmin əşyaları ona Şövkət Ələkbərovanın gəlini verib:
"Şövkət xanımın övladı Bəşirin həyat yoldaşı Gülnarə xanım mənə onun bəzi yadigarlarını verib. Mərhum sənətçimizin heç yerdə görülməyən, eşidilməyən konsert görüntülərini mənə bağışlayıb. Həmin konsertdə İranda aparıcılıq edib. Həmin konsertdə Xan Şuşinski də olub. Şövkət xanımın plastinkalarını və bir çox əşyalarını gəlini mənə verib.
Gülnarə xanım bu illər ərzində Şövkət xanıma görə çox əziyyət çəkdi. Mən deyərdim ki, onun qızı yox, gəlinidir. Çünki qızı adamı belə yaşada bilər. Onun adını uca tutmaq üçün həmişə əlindən gələni edib. Bir-birlərinə də çox bənzəyirlər".
Qeyd edək ki, bu gün Şövkət Ələkbərovanın anadan olmasının 103-cü ildönümü tamam olur.(Axşam.az)