"Özümü aparıcı hesab etmirəm. İndi də elədir. Aktyor kimi fəaliyyət göstərirəm.
İncəsənət sahəsi olduğu və aparıcılıqda da aktyorluq lazım gəldiyi üçün rahatdır. O vaxtlar İlkin Həsəni əsgərliyə gedirdi, "ATV maqazin"ə onun yerinə məni dedilər.
Etiraz etdim: həm televiziyaya yeni gəlmişdim, həm də aparıcılıq nədir bilmirdim.
Gedib İlkinin atası ilə də görüşmüşdüm. Bir il apardım, heç razı deyildim. Bir təsəllim o idi ki, İlkin qayıdacaq".
Bakupost.az xəbər verir ki, bu sözləri aktyor Elşən Orucov "Mədəni şou" proqramında deyib.
O, aparıcılığından danışaraq, bunun ürəyincə olmadığını deyib.
Elşən verilişlərin bir-birini təkrar etməsindən söz açıb:
"Nə tamaşaçını, nə televiziyada çalışanları qınamaq olur. Bəzi mətbəx məsələsi var: fikirləşirsən ki, kimisə çağırıb şəxsi məsələdən sual versəm baxılacaq.
Bunun üçün böyük məbləğ ödəyib, dekor düzəltmək lazım deyil.
Televiziyada verilişlər bir-birinə özlərini rəqib sayıb, eyni mövzunu çalxalayırlar.
Müəyyən müddətdən sonra tamaşaçıya maraqlı gəlməyəcək və boşluq yaranacaq.
Televiziyamızda keyfiyyətli, amma reytinqi olmayan verilişlər var. Onlar gəlib öz yerini tutacaq". (axsam.az)