Perm Milli Tədqiqat Politexnik Universitetinin alimlərinə görə, enerji içkilərindəki vitaminlər bədənin vitamin çatışmazlığını aradan qaldırmaq üçün deyil, içkinin stimulyasiya təsirini artırmaq üçün əlavə olunur.
Bakupost.az Milli.Az-a istinadən xəbər verir ki, bunu rusiyalı həkim Sergey Solodnikov deyib.
B qrupu vitaminləri qidalardan enerjinin əldə edilməsinə kömək edir, şəkər isə sürətli enerji mənbəyidir. Kofein stimulyator rolunu oynayır, vitaminlər isə bu prosesin daha effektiv işləməsini təmin edir. C vitamini isə antioksidant funksiyası daşıyır və içkinin dadını və rəngini qoruyur.
Alim vurğulayır ki, sağlam insanlarda B və C vitaminləri kifayət qədər olur və əlavə vitamin dozası enerji səviyyəsini artırmır. Bədən yalnız ehtiyacı olan miqdarı qəbul edir, artıq miqdarı isə çıxarır.