Peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsinə başlanılır.
Bakupost.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı hazırlıqlar işlərini başa çatdırıb.
Agentlik qiymətləndirilmə ilə bağlı ümumilikdə 6 müəllimlə müqavilə bağlayıb.
Müqavilələrə əsasən, peşə təhsili müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş aşağıdakı müəllimlərə qeyd olunan məbləğdə pul veriləcək:
1) İmanova Sevil Novruz qızı - 900 manat,
2) Muxtarov Ramil Məmməd oğlu - 750 manat,
3) Kərimova Aynur Allahverən qızı - 750 manat,
4) Muradlı Gültəkin Fəzail qızı - 750 manat,
5) İsrafilov Əlzamin Rəhman oğlu - 750 manat,
6) Vəliyev Ceyhun Amin oğlu - 750 manat.
Xatırladaq ki, TKTA ali təhsil müəssisəsində təşkil olunacaq institusional akkreditasiyanın qiymətləndirilməsi işlərinə cəlb olunmuş 36 müəllimə isə 1175-1300 manat məbləğində vəsait ödəyəcək.