Aparıcı Zaur Kamal efirə gecikəm sənətçiləri cərimələyərək həmin pulları ehtiyacı olan şəxslərə verəcək.
Bakupost.az xəbər verir ki, bu barədə o, "Həmin Zaur" verilişində bildirib. Aparıcı bu gün yayımlanan proqramına gecikən meyxanaçılar Baləlini 500 və Mirfəridi isə 300 manat cərimələyib.
Daha sonra Zaur canlı yayımda ehtiyacı olan ailələrə zəng edərək onlara göndərəcəklərini bildirib.
Aparıcı həmçinin qeyd edib ki, bundan sonra verilişinə gecikən bütün sənətçiləri cərimləyəcək və həmin pullar xeyriyyə məqsədi ilə istifadə olunacaq.(Axşam.az)