Ru
16:03 / 27 Avqust 2026

Dərs buraxmayan şagirdlərə 100 dollar veriləcək

Dərs buraxmayan şagirdlərə  100 dollar veriləcək
Eye

ABŞ-nin Detroyt şəhərində məktəblilərə dərslərə müntəzəm davam etdikləri üçün pul veriləcək.

“Bakupost” xarici KİV-ə istinadla xəbər verir ki, "Mükəmməl Davamiyyət Ödənişi” proqramına əsasən, yuxarı sinif şagirdləri beş gün ərzində bütün dərslərdə iştirak etdikləri halda 100 dollarlıq Visa hədiyyə kartı əldə edəcəklər.

Qeyd olunub ki, ötən tədris ilində təxminən 12800 şagird ən azı bir dəfə 100 dollarlıq hədiyyə kartı alıb. Bu müddətdə yuxarı sinif şagirdləri arasında davamiyyətsizlik göstəricisi 64 faizdən 54 faizə düşüb.

Yeni tədris ilindən etibarən proqram 6-8-ci sinif şagirdlərinə də şamil olunacaq. Bu yaş qrupundakı şagirdlər bir həftə ərzində dərsləri buraxmadıqları halda 50 dollar, yuxarı sinif şagirdləri isə 100 dollar əldə edəcəklər.

Yasəmən, Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar