Ru
19:55 / 17 Noyabr 2025

Diqqət: Bu 3 rayonda qaz olmayacaq

Diqqət: Bu 3 rayonda qaz olmayacaq
Eye

Sabah Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Nərimanov, Binəqədi və Sabunçu rayonlarında qaz xətlərinin yerinin dəyişdirilməsi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar 18.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Nərimanov rayonu üzrə Təbriz, Ə.Əliyev, F.Yusifov, N.Hacıyev və A.Nemətulla küçələrinin, Binəqədi rayonu üzrə 8-ci mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin, DSK yolunun, Binəqədi qəsəbəsi, 5056/68 məhəllənin, Biləcəri qəsəbəsi, M.Aslanov, A.Zeynallı, Q.Məmmədov, Ə.Xaqani, M.Hüseynzadə, M.S.Ordubadi, T.Yaqubov, Füzuli, Y.İmanov və İ.Kərimov küçələrinin, Sabunçu rayonu üzrə isə "7 Gözəl" və "Göy Qurşağı" MTK-ların, H.Əliyev və Ə.Əliyev küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar