Ermənistanın Antikorrupsiya Apelyasiya Məhkəməsi iş adamı Samvel Karapetyanın həbs müddətini uzadıb.
Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Bildirilir ki, məhkəmə qərarına əsasən, Karapetyan barəsində həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Qeyd edək ki, Karapetyan iyun ayında hakimiyyətin ələ keçirilməsi ilə bağlı ictimai çağırışlar etməsi ittihamı ilə həbs edilib.