Ru
19:48 / 17 Noyabr 2025

Rusiyanın keçmiş baş naziri terrorçular siyahısına daxil edildi

Rusiyanın keçmiş baş naziri terrorçular siyahısına daxil edildi
Eye

"Rosfinmonitorinq" Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov və iqtisadçı Sergey Quriyevi terrorçular və ekstremistlər siyahısına əlavə edib.

Bakupost.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, hər iki şəxsin əvvəllər agent olduğu müəyyən edilib.

Rusiya Ədliyyə Nazirliyinin məlumatına görə, Kasyanov xarici agentlərdən aldığı məlumatları yayıb və Rusiya hökumətinin qərarları barədə yalan məlumatlar verib.

O həmçinin Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb və "Rusiya Müharibə Əleyhinə Komitə”nin üzvü olub. Kasyanov hazırda xaricdə yaşayır.

"Quryev öz növbəsində xarici agentlərdən alınan mlumatların yayılmasında iştirak edib, həmçinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyatı tənqid edib. Kasyanov barəsində “hakimiyyəti zorla ələ keçirməyə cəhd və terrorçu qruplaşma təşkil etmək” maddəsi ilə cinayət işi açılıb" - məlumatda qeyd olunur.

Mixail Kasyanov 1999-cu ilin may ayından maliyyə naziri, sonra baş nazirin birinci müavini, 2000-ci ilin mayında isə Rusiyanın baş naziri olub. Kasyanovun kabineti 2004-cü ilin fevralında buraxılıb, bundan sonra o, müxalifətə keçib. 2015-2023-cü illərdə o, Xalq Azadlıq Partiyasına (PARNAS) rəhbərlik edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar