Ru
18:51 / 17 Noyabr 2025

Ramiz Mehdiyevin gəlininin yerinə yeni TƏYİNAT - FOTO

Ramiz Mehdiyevin gəlininin yerinə yeni TƏYİNAT - FOTO
Eye

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.

Bakupost.az Manset.az-a istinadən xəbər verir ki, klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.

O, bu təyinata qədər Onkologiya Klinikasının Poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunub.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar