Qara dənizdə Türkiyə bayrağı altında üzən gəmi vurulub.
Bakupost.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Bildirilir ki, Ukraynanın Odessa bölgəsindəki İzmail limanında lövbər salan və təxminən 4 000 ton mayeləşdirilmiş qaz (LPG) daşıyan Türkiyə gəmisi ORINDA Rusiya silahlı qüvvələri tərəfindən vurulub.
Məlumata görə, PUA zərbəsinə məruz qaldıqdan sonra 16 nəfərlik heyət fövqəladə hallar prosedurlarına uyğun olaraq gəmini təhlükəsiz şəkildə tərk edib və təhlükəsiz əraziyə yerləşdirilib.