Bakıda çoxmərtəbəli binadan yıxılan yeniyetmə qız həlak olub.
Bakupost.az xəbər verir ki, hadisə noyabrın 16-sı saat 23:00 radələrində Nəsimi rayonu Abay döngəsi 360 ünvanındakı binada qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü N.Qocayeva yaşadığı 16-cı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.
O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.