Ru
18:26 / 17 Noyabr 2025

Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət

Rafael İsgəndərovdan Qurbanovla bağlı səhnəciyə - Münasibət
Eye

Xəbər verdiyimiz kimi, “Bu Şəhərdə” kollektivinin 15 noyabrda Heydər Əliyev Sarayında təqdim etdiyi “Ev Dar” konsertində Qurban Qurbanovla bağlı səhnəcik sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tamaşaçıların bir qismi epizodu satira kimi dəyərləndirsə də, digərləri məşqçi obrazının bu formada təqdim olunmasını məqsədəuyğun hesab etməyib.

Bakupost.az xəbər verir ki, mövzu ilə bağlı “Qafqazinfo”ya danışan kollektivin üzvü, Əməkdar artist Rafael İsgəndərov yayılan tənqidlərə münasibət bildirib.

O qeyd edib ki, səhnəcikdə Qurban Qurbanovun şəxsiyyəti təhqir edilməyib:

“Orada Qurban Qurbanovun şəxsiyyəti təhqir olunmayıb. Nə gəldi elə yazırlar, nə yazırlarsa da, özlərinə getsin. Orada Azərbaycan futbolundan danışılıb, Qurban Qurbanovun şəxsiyyəti ilə bağlı heç nə yoxdur. Saytlar bir şəkil qoyub camaatı qızışdırmaq üçün başlıq yazırlar. Bizim Qurban Qurbanovla yaxşı münasibətlərimiz var. Onunla bağlı heç bir təhqiredici səhnə yoxdur”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar